Elm və təhsil
II qrupda plan yeri 12232, iştirakçılarının sayı isə 9804 nəfərdir... - RƏSMİ
Bu il tam orta təhsil bazasından məzun olanların sayı 92 699 nəfərdir. Ötən il bu rəqəm 83 029 idi.
Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə bu il 9 670 nəfər daha çox məzun var: "Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 881 plan yeri ayrılıb. Ötən il plan yeri 49 998 idi. Müqayisə etsək bu il 2 546 yer daha çoxdur. Plan yerlərinin 23 627-si dövlət sifarişlidir.
Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur". Məleykə Abbaszadə bildirib ki, bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir:
"Lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq fərqli müsabiqə vəziyyətinin yarandığını görürük. Məsələn I ixtisas qrupunda 16 419 plan yeri ayrılıb. Müsabiqədə iştirak etmək hüququ olanlar isə 19030 nəfərdir. İkinci qrupda isə 12232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9804 nəfərdir.
Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var. “Abituriyent” jurnalının 4-cü sayında 31-ci səhifədə (rus bölməsi üçün jurnalda 25-ci səhifədə) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu təqdim olunub. Aşağıdakı cədvəldə (Cədvəl 4) isə göstərilən ixtisaslara müsabiqə ümumi müsabiqədən əvvəl aparılmış və bu yerlər ümumi dövlət sifarişi proqnozundan çıxarılıb".
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu
-
İdman11:31Qvardiola Mançesterdəki restoranını bağladı - FOTOLAR

























