Əmlak
Bakıda torpaq bahalaşıb - SƏBƏBLƏR/VİDEO
Son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində kəskin artım müşahidə olunur.
Publika.az xəbər verir ki, İTV-nin hazırladığı süjetdə bildirilib ki, bahalaşma, xüsusilə, mərkəzə yaxın ərazilərdə və infrastrukturu inkişaf etmiş zonalarda daha çox nəzərə çarpır.
Mütəxəssislərin sözlərinə görə, torpaq qiymətlərinin yüksəlməsinə əhalinin artması, tikinti sektorunda canlanma, yeni yol və kommunikasiya layihələri, eləcə də investisiya marağının güclənməsi səbəb olub. Qeyd edilir ki, bəzi ərazilərdə torpaq sahələrinin qiyməti son illərlə müqayisədə bir neçə dəfə artıb.
Ekspertlər yaxın dövrdə qiymətlərin sabitləşməsinin çətin olacağını, artımın müəyyən ərazilərdə davam edəcəyini istisna etmirlər.
Bahalaşma ən çox Səbail və Yasamal rayonlarında qeydə alınıb. Ən zəif yüksəlmə isə Qaradağ və Pirallahı rayonlarının payına düşüb.
Sakinlərdən bir çoxu qeyd edir ki, torpaq alışında bahalaşmanı süni şəkildə yaradırlar.
Maklerlər isə bildirirlər ki, ən çox qiymət artımı çıxarışı olan əraziləri əhatə edir.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir.
Həmçinin Xəzər dənizinə yaxın ərazilərdəki torpaqların qiyməti də mərkəzdəkilərlə eynilik təşkil edir. Bunun da əsas səbəbi onların bağ evi təyinatlı olmasıdır.
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz










.jpg)























.jpg)


