Əmlak
Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? - Video
Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur. Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxırlar.
Publika.az xəbər verir ki, "Baku" TV söküntü işlərinin həyata keçirilməsi planlanan ərazilərdən birində çəkiliş aparıb.
"Hamı fərqli söz deyir, evə görə müxtəlif qiymətlər təklif olunur", - deyə sakinlərdən biri bildirib.
Digər bir vətəndaş isə qeyd edib ki, kompensasiya məbləği danışıqların gedişindən asılı olaraq dəyişir.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxtda söküntü işləri əsasən iki formada həyata keçirilir. Bunlardan biri torpaqların dövlət ehtiyacı üçün alınması, digəri isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərin özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəzlənməsidir:
"Torpaqlar dövlət ehtiyacı üçün alındıqda ərazidə mövcud olan daşınmaz əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilir və vətəndaşlara kompensasiya olaraq pul ödənilir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə isə əksər hallarda mənzil sahiblərinə yeni tikiləcək binalardan mənzillər təqdim olunur. Bəzi hallarda isə kompensasiya pul formasında verilir".
O qeyd edib ki, tikinti şirkətinin təklif etdiyi məbləğ vətəndaşı qane etmədikdə və ya tələb etdiyi məbləğ şirkət tərəfindən qəbul edilmədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır:
"Məhkəmə tərəfindən müstəqil qiymətləndirici şirkətlər cəlb olunur və əmlakın bazar dəyəri müəyyənləşdirilir. Kompensasiya məbləği isə həmin qiymətləndirmə şirkətinin təqdim etdiyi rəy əsasında formalaşdırılır".
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı








.jpg)

.jpg)
























.jpg)
.jpg)

.jpg)