Əmlak
Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir - VİDEO
Vətəndaş 100 kvadratmetr mənzil aldığını düşünsə də, sonradan faktiki sahənin daha az olduğu ortaya çıxır.
Publika.az “Xəzər TV-yə istinadən xəbər verir ki, əsas narazılıq mənzillərin sahəsi hesablanarkən bəzi tikinti şirkətlərinin əlavə sahələri də ümumi kvadratmetrə daxil etməsi ilə bağlıdır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, mənzillərin sahəsinin hesablanması qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində ətraflı şəkildə müəyyən olunub.
Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri normativ tələbləri pozaraq mənzilin sahəsini çöl divarından hesablamaqla onu olduğundan artıq göstərirlər. Bu isə vətəndaşların maddi zərərə düşməsinə səbəb olur.
Ramil Osmanlı hesab edir ki, bu kimi halların qarşısının alınması üçün tikinti sektorunda nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Vətəndaşlara isə mənzil alarkən müqavilədə göstərilən sahəni texniki sənədlərlə müqayisə etmək, zərurət yaranarsa, məsələni hüquqi qaydada mübahisələndirmək tövsiyə olunur.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi







.jpg)










.jpg)





.jpg)















