Əmlak
İpoteka ilə metroya yaxın mənzil: Nərimanovda nə təklif olunur?
Yeni mənzil alarkən yaxşı ev tapmaq qədər, yaxşı ərazidə ev tapmaq da vacibdir. Metroya, əsas yollara, məktəbə və gündəlik lazım olan yerlərə yaxınlıq sonradan həyatın rahatlığını birbaşa hiss etdirir. “City Garden Narimanov” bu üstünlükləri geniş yaşayış imkanları ilə birləşdirir.
Nərimanovda, Heydər Əliyev prospektinə və “N.Nərimanov” metro stansiyasına qısa məsafədə yerləşən “City Garden Narimanov” müxtəlif ehtiyaclara uyğun mənzil seçimləri təqdim edir. Kompleksdə studiya, 2, 3 və 4 otaqlı mənzillər, həmçinin müxtəlif sahələrdə və şəxsi bağçalı mənzil variantları mövcuddur.
.jpg)
Mənzillər premium təmirli, kommunal xidmətlərlə təchiz olunmuş formada təhvil verilir. Təmir zamanı uzun illər istifadə üçün seçilən Avropa brendlərinin məhsullarından istifadə olunur. Almaniya istehsalı “HARO” parketləri, İtaliyanın “GEWISS” elektrik açarları və “Prysmian” yanmayan kabelləri, “Zambaiti Parati” divar kağızları, Almaniyanın “GROHE” hamam aksesuarları və İtaliyanın “Infinity” keramoqranitləri mənzillərdə istifadə olunur.
Kompleksin üstünlüyü mənzillərin özü ilə bitmir. 17,4 hektar yaşıllıq ərazisi olan “City Garden Narimanov”da yeni açılacaq mall, fitness mərkəzi və sentyabrda fəaliyyətə başlayacaq "LANDAU" School kimi imkanlar da nəzərdə tutulub. Beləliklə, sakinlər üçün alış-verişdən təhsilə və istirahətə qədər bir sıra gündəlik ehtiyacları yaşayış məkanına yaxın həll etmək mümkün olacaq.
.jpg)
Bütün bunlarla yanaşı, layihədə tətbiq olunan tikinti həlləri də yaşayış komfortu nəzərə alınaraq hazırlanıb. Panel sistemi, beton pərdə sistemi, tava tipli bütöv təməl və 12 metrədək dərinliyə enən beton ayaqlarla gücləndirilmiş konstruksiya layihənin əsas texniki xüsusiyyətləri sırasındadır. Daxili arakəsmələr isə zavod şəraitində hazırlanan izolyasiyalı panel konstruksiyaları ilə qurulur.
Layihədə mənzil sahibi olmaq üçün 20 ilədək ipoteka və ya 36 ayadək daxili kredit imkanları təqdim olunur. Bundan əlavə, “Evini hissə-hissə al” modeli ilə mənzilin kvadratmetrini faizsiz və aylıq öhdəliksiz şəkildə mərhələli almaq mümkündür. Nərimanovda investisiya etmək istəyənlər bu seçimə nəzər yetirə bilər.
.jpg)
“City Garden Narimanov”da mövcud mənzil seçimləri və satış şərtləri haqqında ətraflı məlumat üçün *1544 nömrəsi ilə əlaqə saxlaya və ya satış ofisinə müraciət edə bilərsən.
Ətraflı: *1544
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi








.jpg)

.jpg)





.jpg)


















.jpg)

.jpg)