Enerji
Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
Azərbaycan son illərdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş kimi rolunu daha da gücləndirib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Bakıya səfəri zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı və strateji tərəfdaşı kimi qiymətləndirib. Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edən Ursula Fon der Lyayen enerji sahəsində əməkdaşlığın Aİ üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, xüsusilə 2022-ci ildən sonra Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və ölkənin Aİ-yə qaz ixracı əhəmiyyətli dərəcədə artıb:
“2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropanın qaz balansında yaranacaq boşluğu aradan qaldırmaq məqsədilə Rusiya qazına alternativ təchizat mənbələrinin imkanlarından maksimum istifadə ilə bağlı Ursula Fon der Lyayenin Azərbaycana etdiyi səfərdə "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memarandumu" imzalandı. İmzalanmış Memarandum Cənub Qaz Dəhlizi üzərindən təbii qaz təchizatının artırılması, Yaşıl Enerji Əməkdaşlığı, Enerji Səmərəliliyi və Metan Emissiyaları kimi strateji məqsədləri özündə əks etdirdi.
Sənədin imzalanması Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun gücləndirməsinə səbəb oldu. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə fərqli müqavilələr əsasında nəql edilir. Təchizat zəncirinin sabitliyi və enerji axınlarının təhlükəsizliyi baxımından Cənub Qaz Dəhlizi və onun Avropa ayağı olan TAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir”.

Ekspert qeyd etdi ki, müasir geosiyasi şəraitdə nəqliyyat əməkdaşlığı da Aİ-Azərbaycan münasibətlərində xüsusi əhəmiyyət daşıyır:
“Hörmüz boğazı üzərindən ticarət axınlarının pozulması, enerji təchizatı, qiymətlər və qlobal iqtisadiyyat üzərində təzyiqin artması qarşılığında Aİ ilə Azərbaycan arasında əməkdaşlığım digər mühüm sahəsi nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsidir.
Avropa İttifaqında Azərbaycana Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bazarına açılan Qərb Qapısı kimi baxırlar. Bu baxımdan Orta Dəhlizin inkişafı Avropanın Asiya ölkələri ilə ticarət, enerji və rəqəmsal əlaqələrinin təhlükəsizliyini təmin edəcək və bundan yararlanan ölkələrdən biri də Azərbaycan olacaq”.
Müəllif: Roza Şəfiyeva
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq






























.jpg)


.jpg)