Enerji
OPEK+ ölkələri neft hasilatını artırmaq barədə razılığa gəldilər
OPEK+ ölkələri neft bazarındakı mövcud vəziyyəti nəzərə alaraq avqust ayı üçün neft hasilatı ilə bağlı növbəti siyasətə dair qərar qəbul ediblər.
Publika.az xəbər verir ki, bu barədə iyulun 5-də keçirilən onlayn görüşün yekunlarına əsasən təşkilatın saytında məlumat verilib.
"Yeddi iştirakçı ölkə 2023-cü ilin aprelində elan edilmiş əlavə könüllü korrektələrlə müqayisədə hasilatın sutkada 188 min barrel həcmində tənzimlənməsini həyata keçirmək qərarına gəlib" , - deyə məlumatda vurğulanır.
Söhbət cari ilin avqust ayından etibarən neft hasilatının artırılmasından gedir. 2023-cü ildə elan edilmiş əlavə könüllü korrektələr dəyişən bazar şərtlərindən asılı olaraq qismən və ya tamamilə ləğv edilə bilər. Ölkələr bazardakı vəziyyəti izləməyə davam etmək barədə razılığa gəliblər.
Bəyanatda növbəti görüşün avqustun 2-də baş tutacağı qeyd edilib.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz








.jpg)





.jpg)



















