Enerji
Neftin qiyməti ilə bağlı proqnoz kəskin şəkildə azaldıldı
ABŞ Energetika Nazirliyinin "Brent" markalı neftin orta qiyməti ilə bağlı proqnozu 14 faiz azaldılıb – bir barel üçün 95,39 dollardan 81,91 dollara düşüb.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin Energetika İnformasiya İdarəsinin (EIA) hesabatına istinadən "İnterfaks" məlumat yayıb.
Yeni gözləntilərə əsasən, 2027-ci ildə qiymət bir barel üçün 64,76 dollara enəcək. Qurum hesab edir ki, bu dinamika dünya ehtiyatlarının toplanmağa davam etməsi ilə bağlı olacaq və bu da qiymətlərə təzyiq göstərəcək.
Proqnoza yenidən baxılmasına Yaxın Şərqdə gərginliyin azalması və Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpası təsir edib. Nəticədə, iyunda "Brent"in orta qiyməti may ayındakı orta səviyyədən 22 dollar aşağı düşərək bir barel üçün 85 dollar təşkil edib.
İyulun 7-nə olan məlumata görə, sentyabr fyuçersləri 75 dollardan aşağı qiymətə satılır. ABŞ Energetika Nazirliyi dördüncü rübdə qiymətin 70 dollara qədər azalacağını gözləyir.
Hüseyn İbadlı
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?

























.jpg)





.jpg)




