Enerji
Dünya neft qiymətləri kəskin şəkildə aşağı düşdü
Avqustun 4-ü keçirilən hərraclar zamanı Şimal dənizindən çıxarılan etalon "Brent" markalı neftin birja dəyəri kəskin şəkildə ucuzlaşıb.
Publika.az xəbər verir ki, bu barədə "Investing" platforması məlumat yayıb.
Bakı vaxtı ilə saat 18:25-ə olan məlumata görə, xammal kotirovkaları bir barrel üçün 79,91 dollara düşüb. Həmin ana qədər əvvəlki sessiyanın bağlanış səviyyəsi ilə müqayisədə eniş 4,61 faiz və ya 3,86 dollar təşkil edib. Analitiklər neftin sürətlə ucuzlaşmasını hər şeydən əvvəl Yaxın Şərqdəki münaqişənin nizamlanması üzrə danışıqlardakı irəliləyişlərlə əlaqələndirirlər.
Daha əvvəl Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari vasitəçilərin (Qətər, Pakistan və Oman) bölgədə sülh sazişinin bağlanmasını sürətləndirmək cəhdləri barədə bəyanat vermişdi. ABŞ-ın maliyyə naziri Skott Bessent öz növbəsində Hörmüz boğazının tezliklə açılacağını elan edib. İdarə rəhbərinin sözlərinə görə, bu, çərşənbə axşamı və ya çərşənbə günü - avqustun 4-də və ya 5-də baş verə bilər.
Bu cür bəyanatlar treyderlərə və investorlara optimizm aşılayıb. Əsas logistik arteriyanın akvatoriyasında gəmiçiliyin bərpası qlobal neft bazarına əlavə xammal partiyalarının daxil olmasına gətirib çıxara bilər. Bu amil təklif qıtlığı risklərini azaltmalıdır. Bununla belə, ekspertlər qeyd edirlər ki, bölgədə növbəti eskalasiya riskləri belə əhval-ruhiyyəni heçə endirə bilər. Bu halda dünya neft qiymətlərinin yeni sıçrayışını gözləmək lazımdır.
Hüseyn İbadlı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Avropa10:54Hərbi əks-kəşfiyyatdan qadağa: Rus əsilli almanlar Litvaya göndərilməyəcək
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi











.jpg)














.jpg)





.jpg)




