Enerji
“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turuna start verildi - VİDEO
“Azərişıq” ASC-nin təşkilatçılığı ilə Qubada Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turu keçirilib.
Publika.az xəbər verir ki, Quba Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında belə yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıb, komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Xaçmaz RETSİ üzrə 6 komanda - “Xaçmaz EŞ”, "Xudat ETSİ", “Şabran EŞ”, “Quba EŞ”, “Qusar EŞ” və “Siyəzən EŞ” nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 qapalı tipli sualı cavablandırmağa çalışıblar.
Yarışın ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələdə əldə edilən xalların nəticələrinə əsasən "Xaçmaz EŞ" regional turun qalibi olaraq Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.







-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal22 Oktyabr 20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi









.jpg)























