Enerji
“Brent” markalı neft sürətlə bahalaşır
“Brent” markalı neftin qiyməti bir barel üçün 91,2 dollara yüksəlib.
Publika.az xəbər evrir ki, bu barədə hərrac məlumatlarında qeyd edilib.
Bakı vaxtı ilə saat 19:04-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” neftinin oktyabr fyuçersləri əvvəlki sessiyanın bağlanış səviyyəsindən 0,33 dollar (0,36%) artaraq bir barel üçün 91,2 dollardan ticarət olunub. Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neftin sentyabr müqavilələri isə 0,55 dollar (0,65%) bahalaşaraq bir barel üçün 85,05 dollara yüksəlib.
Bazar iştirakçılarının diqqət mərkəzində Yaxın Şərqdəki vəziyyət qalmaqdadır.
Avqustun 18-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla danışıqlar aparmadığını və planlaşdırmadığını, İranla memorandumun qüvvədəolma müddətinin isə avqustun 17-də başa çatdığını bəyan edib. İran parlamentinin spikeri isə xəbərdarlıq edib ki, ABŞ razılaşmanın şərtlərini yerinə yetirənədək Hürmüz boğazı açılmayacaq.
“SEB” analitiki Byarn Şildrop gəmilərin hərəkətinin məhdud qalması səbəbindən boğaz vasitəsilə neft tədarükünün tam dayana biləcəyini istisna etməyib. Bazar ertəsi boğazdan əvvəlki 10 günün orta göstəricisi olan 11 gəmiyə qarşı cəmi altı gəmi keçib. “Kotak Neo” eksperti Kaynat Çenvala qiymətlərin tranzit məlumatlarından asılı olduğunu və vəziyyətin kəskinləşəcəyi təqdirdə “Brent” neftinin 95–100 dollar/barel səviyyəsinə yüksələ biləcəyini vurğulayıb.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?









.jpg)

























