Enerji
Neft qiymətləri aşağı düşdü - Ağ Evdən açıqlama gözlənilir
Dünya bazarlarında neftin qiyməti ticarət sessiyasının açılışından sonra təxminən 1 faiz ucuzlaşıb. Bazar iştirakçıları Vaşinqtonun İrana qarşı sanksiyalarla bağlı yeni açıqlamalarını gözləyirlər.
Publika.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında qeyd edilib.
Bakı vaxtı ilə saat 03:51-ə olan məlumata görə, "Brent" markalı neft üzrə noyabr fyuçerslərinin qiyməti 1,05 faiz azalaraq bir barel üçün 91,70 dollara düşüb. WTI markalı neft üzrə oktyabr fyuçersləri isə 1,09 faiz ucuzlaşaraq bir barel üçün 86,11 dollar təşkil edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı “iqtisadi D-Day” adlandırdığı yeni iqtisadi təzyiq kampaniyasının başladığını açıqlayıb. ABŞ Prezidenti bildirib ki, Vaşinqton Tehranı maksimum təcrid etməyə çalışacaq və onun ticarət və maliyyə əlaqələrini qoruyub saxlamasına kömək edən xarici strukturları cəzalandırmaq niyyətindədir. Mümkün tədbirlər İrana dair əməliyyatlarda iştirak edən banklara, şirkətlərə, neft vasitəçilərinə və digər qurumlara, o cümlədən Rusiya strukturlarına şamil oluna bilər.
Hüseyn İbadlı
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

