Foto
Heyrətlə baxacağınız 10 gizli EV - FOTOLAR
Bəzən insan hər kəsdən, hər şeydən uzaqlaşıb, tək dincəlmək arzusunda olur. Dənizin dalğaları, yarpaqların xışıltısından savayı səs eşitmək istəmir.
Publika.az dünyanın ən gizli nöqtələrində tikilmiş sənət əsərlərinin siyahısını təqdim edir. Bu şəkillərə baxıb, heyrətlənməmək mümkün deyil.
Yeraltı ev - ABŞ Texas
Yedən 2 metr dərinlikdə tikilmiş bu ev, insanda yeraltı sığınacaq təəssüratı oyadır. Buna baxmayaraq evdə və bağçasında rahatlığı təmin edəcək hər şey var.
Şam ağacları arasında gizlənmiş Bunqalo - Kanada, Britaniya Kolumbiyası
Qeyri-adi ölçüləri və damı üzərindəki yaşıl yosunlar sayəsində, bu gözəl ev landşaftla ahəng təşkil edir və ilk baxışdan onu ağacların arasından sezmək olmur.
Ticarət kompleksinin damındakı evlər - Çin Hunan
Hunan şəhərinin əhalisi 4 milyon nəfərdir. Odur ki, ev tikmək
üçün torpaq sahələri kifayət etmir. Nəhəng binaların damları bu
məqsədlər üçün əlverişli məkan sayılır.
Kanyonda ferma - ABŞ Yuta
Bu ev 1986-cı ildə sakit həyat tərzinə üstünlük verən ailə tərəfindən tikilib. Otaqların hər birində özünəməxsus harmoniya və rahatlıq hökm sürür.
Vals villası - İsveçrə Vals
Bu ərazilərdə aylıq kirayə haqqı çox yüksəkdir. Yəni, tikilən hər yeni mərtəbə üçün daha çox ödəniş etmək lazım gəlir. Odur ki, yerli memarlar zirzəmi xarakterli geniş ev layihələri üzərində işləyib, belə rahat evlər tikirlər.
Uçurumda ev - Çili Kokimbo
Sualtı gəmiyə bənzəyən bu ev, ikimərtəbəlidir. Birinci mərtəbə yerin altında tikilib.
Göl kənarında şale (kotec) - Norveç Hordalan
Bu ərazidə ev layihələri hazırlayan memarlar, işin öhtəsindən gəlirlər. Ərazidə belə maraqlı layihələr çoxdur.
Səhrada Oazis - ABŞ Kaliforniya
Kənardan nəhəng ağac yarpaqlarını xatırladan bu ev Kaliforniya səhrasında yerləşir.
“Şüşə kub” oteli - İsveç Laplandiya
Bu binanın xarici divarları infraqırmızı şüşə qatı ilə örtülüb ki, quşlar onun sədd olduğunu anlasınlar.
Qayalıqda Penthaus - Livan Beyrut
Qayalıqlar içində tikilcək bu möhtəşəm layihənin reallaşmasına əvvəllər heç kim inanmırdı. İstedadlı memarlar, bu işin də öhtəsindən şərəflə gəliblər.
Leyla Sarabi
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO