Foto
Dünyanın ən böyük sualtı muzeyi - HEYRƏTAMİZ FOTOLAR
Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın ilk və ən böyük sualtı muzeyidir.
Publika.az xəbər verir ki, muzey 2009-cu ildə istifadəyə verilib. Açıldığı müddətdə 100 heykəllə ziyarətçilərini qarşılayan muzeyin hazırda 400-ə qədər eksponatı var.
İnsan, heyvan fiqurları və müxtəlif cansız nəsnələrin formalarında olan heykəllərin yer aldığı muzeyin qurucusu ingiltərəli fotoqraf və heykəltaraş Ceyson de Kaires Teylordur. O, muzeyi 3 il ərzində ərsəyə gətirib.
Muzeydə ən diqqətçəkən əsər 26 uşağın heykəlindən yaradılan “Vicissitudes” əsəridir. Heykəltaraş bu eksponatı bir həftə ərzində suyun altında yığıb.
Muzeydəki heykəllərin toplam çəkisi 200 tondur və 400 kub-metrlik ərazini əhatə edir. Heykəllərdə istifadə edilən məmulatlar təbiətə uyğunlaşdırılması üçün xüsusilə seçilib. Ona görə də dənizdə yaşayan mərcanlar və digər heyvanlar heykəllərin üzərində yuva qura bilir.
Zümrüd
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü