Gözəllik
Evdə dırnaqları necə möhkəmləndirmək olar?
Dırnaqlarınız davamlı olaraq qırılır, soyulur, tibbi laklar, salon prosedurları onları istədiyiniz qədər güclü və sağlam etmir? Əgər dırnaqlarınız vərəq kimi nazikləşibsə, ümidsizliyə qapılmayın. Bir neçə üsulla onları evdə də möhkəmləndirə bilərsiniz.
Publika.az oxucuları dırnaqları möhkəmləndirən üsullarla tanış edir.
Bildiyiniz kimi, yağlar çox faydalı xüsusiyyətə malikdir, həm üzə, həm saça qulluq, həm də dırnaqları gücləndirmək üçün prosedurlarda uğurla istifadə olunur. Evdə dırnaqları bərpa etmək üçün yalnız yağ şəklində buraxılan A və E vitaminlərinə ehtiyacınız olacaq, onları istənilən aptekdə asanlıqla tapa bilərsiniz. Bərpa proseduru gündə maksimum 15-20 dəqiqə vaxt aparmır və bunu hər axşam etmək tövsiyə olunur.
- Pambıq çubuqdan istifadə edərək dırnaqlara maye A vitamini sürtün;
- Pambıq çubuğun digər tərəfini maye E vitamini ilə isladın və onunla dırnaqlarınızı örtün;
- Yağlarla yalnız dırnaqları deyil, dırnaq ətlərini də müalicə edin;
- Qarışığı dırnaqlarda 15-20 saxlayın;
- Vaxt keçdikdən sonra maye vitaminləri dırnağınızdan kağız dəsmalla silin.
Bir neçə həftədən sonra müntəzəm prosedurlardan sonra təsirini görəcəksiniz. Dırnaqlar daha güclü və möhkəm olacaq, soyulmayacaq, parlaqlıq və hamarlıq qazanacaq və manikür daha baxımlı görünəcək.
Aytən Məftun
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video























.png)












