İqtisadi gündəm
Xəzərdə Rusiyanın yük gəmilərinin saxlanmasının səbəbi bilindi - Rəsmi izah
Xəzərin Azərbaycan sektorunda saxlanılan Rusiya bayrağı altında üzən "Vətən-1" və "Zanqan-1" yük gəmiləri indiyədək Azərbaycanın ərazi sularını tərk edə bilməyiblər. Bu barədə Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov bildirib.
Onun sözlərinə görə, hər iki gəmi Azərbaycan tərəfindən müəyyən edilən konkret texniki uyğunsuzluqlara malikdirlər. Bundan başqa, indiyədək liman ödəmələri şəklində kommersiya məsələləri də həll edilməyib.E.Rəhimov deyib ki, yük gəmiləri beynəlmiləl heyətə malikdir və eyni gəmi sahibinə məxsusdur: "Hər iki gəmi texniki uyğunsuzluqların aradan qaldırılmasından və kommersiya öhdəliklərinin yerinə yetirilməsindən sonra Xəzərin Azərbaycan sektorunu tərk edə bilər".
Rəis müavininin sözlərinə görə, bundan əvvəl müəyyən olunmuş öhdəlikləri yerinə yetirməyən "Qəhrəman-1" gəmisi Azərbaycanın ərazi sularını tərk edib.O qeyd edib ki, Azərbaycan tərəfinin irəli sürdüyü öhdəliklərin yerinə yetirilməyəcəyi halda sonrakı reyslər zamanı bu yük gəmisi barəsində konkret ölçülər götürüləcək.
Göstərilən gəmilərin hamısı "BTС-Trans" şirkətinə məxsusdur və Rusiya-Azərbaycan marşrutu üzrə sement klinkerinin daşınması ilə məşğuldur.
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO