İqtisadi gündəm
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
Bu ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2.2 faiz artıb.
Publika.Az DSMF-yə istinadən bildirir ki, hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Nəticədə 2014-cü il aprelin 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 475 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89.7 faizini kişilər, 10.3 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (10 063 nəfər) üzrə müşahidə olunur.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatıb. Sonrakı yerlərdə İran İslam Respublikası (570), Hindistan (432), Çin Xalq Respublikası (417), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (257), Özbəkistan (202) Banqladeş Xalq Respublikası (190) Pakistan İslam Respublikası (158), Ukrayna (157), Almaniya Federativ Respublikası (152), Filippin Rspublikası (135), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (123), Türkmənistan Respublikası (121), İtaliya Respublikası (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
Leyla
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək