Zəngəzurda İrana məxsus avtobus aşdı: ölənlər və yaralananlar var - FOTO
Bizi izləyin

Hadisə

Zəngəzurda İrana məxsus avtobus aşdı: ölənlər və yaralananlar var - FOTO

Aprelin 27-də Zəngəzurda avtomobil qəzası baş verib.

Publika.az News.am-a istinadla xəbər verir ki, hadisə saat 17:20 radələrində Gorus-Qafan avtomobil yolunun Verin Xotanan kəndi ərazisində İran dövlət nömrə nişanlı avtobus naməlum şəraitdə dərəyə aşıb.

Qəza nəticəsində 2 nəfər yerindəcə ölüb. Hadisə yerinə toplaşan vətəndaşların verdiyi məlumata görə, 20-dən çox yaralı fiziki xəsarətlərlə xəstəxanalara çatdırılıb.

Xəsarət alanlara ilk olaraq vətəndaşlar və Ermənistab DİN-in Xilasetmə Xidmətinin, Qafan 54 saylı Yanğından Mühafizə Hissəsinin xilasediciləri və Ağvan bazasından olan xilasedicilər köməklik göstəriblər.

Hadisə yerinə Zəngəzur vilayətinin prokuroru da gəlib.

Qəza nəticəsində Zəngəzur Regional İstintaq Şöbəsində cinayət işi başlanıb, sürücünün, ölənlərin və yaralananların şəxsiyyəti müəyyən edilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm