İqtisadi gündəm
“Bakı Metropoliteni”nin ziyanı artıb
2013-cü ildə “Bakı Metropoliteni” QSC-nin sərnişin daşımalarından gəlirləri əvvəlki illə müqayisədə 4,8% artaraq 42,8 mln manat olub. Amma bu, ona ziyanı azaltmağa imkan verməyib.
Publika.Az contact.az-a istinadən bildirir ki, qanunvericiliyə zidd olaraq, Metropoliten maliyyə hesabatını açıqlamır. Dövlət Statistika Komitəsinə görə, 2013-cü ildə Metropolitenin saxlanma xərcləri 105 mln 160,1 min manat olub. Bu, 2012-ci ildəkindən 8,7 mln manat və ya 9% çoxdur. 2013-cü ildə sərnişin daşımaları həcminin (206,6 mln nəfər) və xərclərin müqayisəsi göstərir ki, metroda gedişin maya dəyəri 49,2 qəpikdən (2012-ci il) 50,8 qəpiyə artıb. Metropliten maya dəyərinin strukturu barədə informasiya vermir. Metronun ziyanı dövlət büdcəsi hesabına doldurulur: 2013-cü ildə bu məqsədlə 29,2 mln manat ayırmaq nəzərdə tutulub.
Fevralda Bakı Metropoliteni İdarəsi və “Azərtunelmetrotikinti” QSC bazasında yeni QSC yaradılandan sonra yeni rəhbərlik metronun ərazisindən ticarət obyektlərini çıxardı. Bundan başqa, vaqonlardan reklam materialları çıxarılıb. Beləliklə, metro gəlirlərin bir hissəsindən məhrum olub.Sonuncu dəfə hökumət metorda gediş tarifinə 2011-ci ilin dekabrında baxıb (+5 qəpik). Hökumət hələlik gediş haqqını bahalandırmaq barədə düşünmür.
Komitədən bildirirlər ki, 2013-cü ildə metro ilə 206 672,9 min nəfər daşınıb (güzəştlilər nəzərə alınmaqla). Bu, 2012-ci ildəkindən 5,6% çoxdur. Metropoliten rəhbərliyi metrodan pulsuz istifadə edənlərin strukturu barədə informasiya vermir. Sərnişin axınının artımı bu il də artıb: 3 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 4% artım olub.
Leyla
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO