İqtisadi gündəm
“Dövlət aparatındakı artıq strukturlar ləğv olunmalıdır!”
“Diplomatik korpusların açılması Milli Məclisin qərarı
ilə olur. Onun bağlanması məsələsinə diqqət
yetirilməlidir”.
Publika.az-ın xəbərinə görə, bunu YAP
icra-katibinin müavini, deputat Siyavuş Novruzov
Milli Məclisin Plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin
müzakirəsi zamanı çıxış edərkən deyib.
S.Novruzov çıxışı zamanı diplomatik korpusların bağlanması
ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, səfirliyin
açılıb-bağlanması çox ciddi məsələdir:
“Çünki səfirliyin fəaliyyət göstərdiyi ölkəyə onun bağlanmasını hansı formada biz izah edəcəyimizə diqqət etməliyik. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azəraycanın strateji tərəfdaşıdır və çox az ölkələrdəndir ki, Ermənistanda səfirliyini açmayıb. Lakin Özbəkistanda hərbi atteşə vəzifəsi ixtisara salınıb. Onlar bu ixtisari heç cür anlaya bilmirlər. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə biz onu ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, kimin ixtisarına diqqət etməlidir. O cümlədən Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət etməlidir”.
Deputat dövlət aparatında strukturlarının islahatının aparılmasını təklif edib:
“Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə oxşar strukturlar biləşdirilməlidir. Bura özəl strukturlar daxil deyil. Az vəsaitlə daha çox işlər görməliyik”.
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun