Vahid Əhmədov: “Rəqabət Məcəlləsinin qəbulu vacibdir”
Bizi izləyin

İqtisadi gündəm

Vahid Əhmədov: “Rəqabət Məcəlləsinin qəbulu vacibdir”

"Təşəbbüskar kimdirsə, nə vaxt təklif edəcəksə, Milli Məclisdə baxılacaq".

Deputat Vahid Əhmədov Milli Məclisdə çıxışı zamanı təklif edib ki, Rəqabət Məcəlləsi qəbul edilməlidir.

Publika.az xəbər verir ki, deputat bu qanun layihəsini vacib hesab edib:

“Təklif edirəm ki, Rəqabət Məcəlləsinin qəbulu Milli Məclisin 2017-ci il yaz sessiyasında qanunvericilik işləri planına salınsın”.

Sədr Oqtay Əsədov isə deyib ki, bunu plana salmaq üçün qanun layihəsi hazır olmalıdır:

"2008-ci ildə başlayan iqtisadi böhrandan sonra Rəqabət Məcəlləsi dəyişməlidir. Təşəbbüskar kimdirsə, nə vaxt təklif edəcəksə, Milli Məclisdə baxılacaq. Bu məsələlərin hamısı nəzarətdədir. İclasa başlayanda mən təklif etdim ki, kimin sözü varsa, desin. Xahiş edirəm ki, gündəliyə uyğun olaraq çıxışlar edək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm