Gömrükçülər 10 min ədəd siqaret müsadirə etdi
Bizi izləyin

İqtisadi gündəm

Gömrükçülər 10 min ədəd siqaret müsadirə etdi

Gömrükçülər 10 min ədəd siqaret müsadirə ediblər.

Gömrükçülər 10 min ədəd siqaret müsadirə ediblər.

Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm