İqtisadi gündəm
Nazir müavini Beynəlxalq Bankla bağlı yaranan problemlərə aydınlıq gətirdi
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov Azərbaycan Beynəlxalq Bankında yaranan problemlərlə bağlı məsələni qaldırıb.
Publika.az xəbər verir ki, deputat Vahid Əhmədov hökumətdən, o cümlədən iclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramovdan Azərbaycan Beynəlxalq Bankının yaratdığı problemlərlə bağlı məntiqli izah verilməsini istəyib.
İclasda V.Əhmədov nazir müavininə banklarda nağdlaşma ilə bağlı yaranan problemlər barədə sual ünvanlayıb.
Maliyyə nazirinin müavini Azər Bayramov isə vahid Əhmədova cavabında deyib ki, Azərbaycan Beynəlxalq Bankı rəhbərliyi tərəfindən ictimaiyyətə verilən açıqlamalarda izahlar kifayət qədər öz əksini tapıb:
“Əhalinin əmanətləri ilə bağlı da heç bir problem yoxdur. Biz Bankın rəhbərliyi ilə mütəmadi əlaqələr saxlayırıq. Əhali öz əmanətini istədiyi zaman gedib götürə biluir. Yalnız xaricdən daxil olan investisiyalar dondurulub”.
Nazir müavini əlavə edib ki, vəsaitlərin banklardan çıxarılması ilə bağlı qanunvericiliyə Milli Məclisdə müəyyən əlavə və dəyişiklik edilib.
Vasif Həsənli
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO