BTQ qatarı Türkiyədən yola çıxdı – İLK DƏFƏ
Bizi izləyin

İqtisadi gündəm

BTQ qatarı Türkiyədən yola çıxdı – İLK DƏFƏ

Tarixi İpək yolunu canlandırmaq məqsədilə çəkilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana gələcək ilk qatar yola çıxıb.

Publika.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları və inşaat ləvazimatları daşıyan qatar Mersin şəhərinin Tarsus bölgəsindən start götürüb.

Qatarda gələn ləvazimatlar Gürcüstanın Ahılkələk stansiyasında Türkiyə vaqonlarından Azərbaycan vaqonlarına keçiriləcək. Mallar Bakı və Aşqabada çatdırılacaq. Toplamda 16 vaqonda yerləşən 32 konteynerin içində 650 ton soya sousu ilə keramika yapışqanları daşınacaq.

Qatar ümumilikdə 2100 km yol qət edəcək.

Qeyd edək ki, BTQ xətti üzrə ilk qatar Azərbaycanın Ələt limanından yola çıxmışdı. BTQ-nin açılış mərasiminndə Prezident İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Corci Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtcan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov iştirak etmişdi.

İlk qatar 30 oktyabr tarixində yola çıxmış, 4 gündən sonra Qarsdan keçərək Mersin şəhərinə çatmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm