Aydın Əliyev: “Gömrük Komitəsinin büdcə proqnozu 16 faiz artımla yerinə yetirilib” - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Aydın Əliyev: “Gömrük Komitəsinin büdcə proqnozu 16 faiz artımla yerinə yetirilib” - FOTO

“Dövlət Gömrük Komitəsi 2017-ci ili uğurla başa vurdu. Lakin az da olsa, istər işimiz, istərsə də iş adamları ilə bağlı problemlərlə qarşılaşdıq”.

Publika.az-ın xəbrinə görə, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

A.Əliyev bildirib ki, dünyada iqtisadi böhran müəyyən qədər səngiyib, Azərbaycan iqtisadiyyatı isə ötən il ərzində inkişaf edib.

“Ötən il ticarət dövriyyəsi 22 milyard manatdan çox olub. 13 milyardı ixrac, 8 milyarddan çox idxal əməliyyatı həyata keçirilib. Valyuta axını ötən ildən fərqli olaraq 291 milyon dollar olub. İdxalın artımı investisiyanın qoyuluşu ilə bağlı ölkə prezidenti tərəfindən verilən qərarlarla birbaşa əlaqədardır. Bu səbəbdən ötən il tikinti və digər məhsullar idxal edilib. Ötən il Gömrük Komitəsinin büdcə proqnozu 16 faiz artımla yerinə yetirilib”, - deyə komitə sədri vurğulayıb.

A.Əliyev bildirib ki, ötən il gömrük qaydalarının pozulması ilə bağlı 8819 fakt aşkarlanıb:

“İl ərzində 2770 kq narkotik vasitə dövriyyədən çıxarılıb. 1 milyard 600 min dolların ölkədən qanunsuz çıxarılması faktı aşkarlanıb. Həmçinin 1 milyon 200 min manatdan artıq qızıl və digər zinət əşyalarının qanunsuz şəkildə ölkədən çıxarılması aşkar edilib”.

Onun sözlərin görə, Gömrük Komitəsindən olan şikayətlərin sayında ildən-ilə azalma qeydə alınır: “2015-ci ildə 2500-dən artıq şikayət daxil olubsa, ötən il bu rəqəm 700 olub. Şikayətlərin 95 faizdən çoxu fiziki şəxslər tərəfindən aksizli malların gömrükdən keçirilməsi ilə bağlıdır ki, onlarla bağlı qanunvericilik çərçivəsində tədbir görülüb. Onu da qeyd edim ki, qanunları pozan gömrük əməkdaşlarına qarşı da sərt tədbirlər görülüb. Ötən il 334 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. 10 nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə materiallar prokurorluq orqanlarına təqdim edilib, 7 nəfər isə gömrük idarəsi tərəfindən istintaqa cəlb edilib”.

A.Əliyev bir sıra gömrük əməliyyatlarının ASAN xidmət vasitəsilə həyata keçirilməsinin əhəmiyyətindən də danışıb. O, artıq ASAN xidmət vasitəsilə 14 gömrük əməliyyatının həyata keçirildiyini diqqətə çatıdırıb.

Gülxar,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm