İqtisadi gündəm
Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatdı
Dünya fond birjalarının məcmu kapitallaşması 2017-ci ildə illik müqayisədə 10,822 trln. dollar və ya 15,5% artaraq 80,838 trln. dollara çatıb.
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, ötən il fond birjalarında kapitallaşması ən çox artan Asiya-Sakit Okean regionudur. Bu bölgədə fond birjalarının dəyəri 2017-ci ildə 25,7% artaraq 28,968 trln. dollara çatıb.
Amerika bölgəsinin birjaları 17,8% artaraq 36,517 trln. dollara yüksəlib. Avropa, Afrika və Orta Şərq birjaları isə 3,9% azalaraq 15,352 trln. dollar təşkil edib.
Kapitallaşması ən çox artan ardıcıl ikinci il Belarus fond birjası olub. Belarus fond birjası 2017-ci ildə 127 dəfə artaraq 157,6 mlrd. dollara çatıb. 2016-cı ildə bu göstərici +132% təşkil edib. İstanbul Fond Birjası isə ötən il 44,3% və ya 69,8 mlrd. dollar artaraq 227,5 mlrd. dollara yüksəlib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi