Azərbaycan və Rumıniya qazın Avropaya tranzitini reallaşdıracaq
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan və Rumıniya qazın Avropaya tranzitini reallaşdıracaq

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI (Azərbaycan-Gürcüstan-Rumıniya interkonnektoru) uzunmüddətli perspektivdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında vacib alətə çevrilməkdədir.

Publika.az bildirir ki, bunu Trend-ə Rumıniyanın energetika nazirinin müavini Yulian Tudoraş deyib.

O bildirib ki, Rumıniya, Azərbaycan və Gürcüstan layihənin qiymətləndirilməsi mərhələsini başa çatdırmaq və onun işə salınması prosesini başlatmaq məqsədilə AGRI LNG layihəsi üzərində işləyir: "AGRI LNG layihəsi enerji əməkdaşlığı və Xəzər regionundan Avropaya qaz tədarükünün təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır".

Qeyd edək ki, AGRI layihəsi Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdə tutur. Qara dəniz sahilinə çatdırılan Azərbaycan qazı xüsusi terminalda mayeləşdiriləcək və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala nəql ediləcək.

2017-ci ildə layihənin dəyəri 4,5 milyard avroyadək qiymətləndirilib. AGRI layihəsinin iştirakçıları SOCAR, Gürcüstan Neft-qaz Korporasiyası, eləcə də MVM (Macarıstan) və "Romgaz" (Rumıniya) şirkətləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm