Şahin Mustafayev Mahmud Vaezi ilə görüşdü
Bizi izləyin

İqtisadi gündəm

Şahin Mustafayev Mahmud Vaezi ilə görüşdü

İqtisadiyyat naziri Şahin Mustafayev İran səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsi barədə müzakiərlər aparılıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev səfər zamanı Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşərək, Azərbaycan-İran iqtisadi əlaqələrinə və İran Prezidentinin Azərbaycana nəzərdə tutulan səfərinə dair fikir müzakirələr aparıb, sənaye, kənd təsərrüfatı, ticarət, nəqliyyat-tranzit, səhiyyə və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edib.

Vurğulanıb ki, Azərbaycan və İran Prezidentləri uğurlu xarici siyasət apararaq regionda dostluğu və mehriban qonşuluğu əsas tuturlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında fəal iştirak edir və bu layihələr ölkələrimizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, digər ölkələrə də fayda verəcək.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm