İqtisadi gündəm
AQTA və KOBİA arasında memorandum imzalandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında qida zəncirinin bütün mərhələrində sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili, birgə layihələrin həyata keçirilməsi və məlumat mübadiləsini genişləndirmək haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib.
AQTA-dan Publika.az-a verilən məlumata görə, memorandumu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması və digər istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, hazırda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün birgə səylər göstərilir, dövlət qurumları arasında əməkdaşlıq sahibkarlığın və biznes mühitinin inkişafına təkan verməklə yanaşı yerli istehlakçıların hüquqlarının müdafiəsi və idxal-ixrac prossesi zamanı məhsullara nəzarət imkanlarını genişləndirilməyə şərait yaradır.
Çıxışlardan sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Qeyd edək ki, Anlaşma Memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsullarının istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunması, habelə qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılması, qida təhlükəsizliyi sahəsində birgə monitorinqlərin təşkili, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi və xarici elmi-tədqiqat institutları ilə fəaliyyətin əlaqələndirilməsinin təşviq edilməsi, qida təhlükəsizliyi ilə məşğul olan elmi-tədqiqat institutlarının maddi-texniki bazasının inkşaf etdirilməsi üçün birgə fəaliyyətlər həyata keçiriləcəkdir.
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO