İqtisadi gündəm
Naxçıvana gələn turistlərin sayı artır
Naxçıvan ötən il beynəlxalq tədbirlərə, idman yarışlarına da uğurlu ev sahibliyi edib.
Publika.az muxtar respublikanın Turizm Departamentinə istinadən xəbər verir ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması da turizm imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli rol oynayıb.
Görülmüş işlərin və yaradılmış müasir infrastrukturun nəticəsi olaraq 2018-ci ildə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlib.
Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da diqqətdə saxlanılacaq.
Daha əvvəl bildirilib ki, 2018-ci ildə Naxçıvan MR-nın sənaye sektorunda 990,067 mln. manat dəyərində məhsul istehsal olunub.
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI
-
Hadisə07:55
Azərbaycanda zəlzələ oldu
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq