İqtisadi gündəm
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu siyasətin nəticəsidir
“Bu gün beynəlxalq aləmdə qitələri birləşdirən, regiona və dünyaya sülh və təhlükəsizlik vəd edən layihələrin təşəbbüskarı kimi tanınan Azərbaycan yeni, tamamilə fərqli inkişaf modeli yaradıb. Həyata keçirilən mühüm islahatlar, çevik idarəetmə mexanizminin yaradılması istiqamətində görülən işlər bu inkişaf modelinin əsas elementlərini təşkil edir”.
Publika.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İk sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib
Azərbaycan Avropa ölkələri, eyni zamanda, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsinə toxunan V.Rəhimzadə Davos İqtisadi Forumunda təmsil olunmağımızın əhəmiyyətindən danışıb:
“Möhtərəm Prezidentimiz İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə işgüzar səfərini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Hesab edirəm ki, Forum hər il istər iştirakçı ölkələr, istərsə də Azərbaycan üçün kifayət qədər məhsuldar keçir.
Forum çərçivəsində ilk olaraq Azərbaycan Prezidentinin Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşü qurumla ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Görüşdə möhtərəm Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, Forum dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətlidir. Təbii ki, Azərbaycan da öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurur. Dünya İqtisadi Forumu da bu amili hər zaman diqqətdə saxlayır. Elə görüş zamanı Forumun prezidenti Borge Brende də qeyd edib ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında rolu böyükdür. Dünya İqtisadi Forumu isə bu rolu yüksək qiymətləndirir. Hesab edirəm ki, Azərbaycana beynəlxalq səviyyədə verilən bu dəyər bir daha ölkə rəhbərliyi tərəfindən uğurlu daxili və xarici siyasətin həyata keçirildiyini sübut edir”.
“İk sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Forumda ənənəvi olaraq Azərbaycan Prezidentinin dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşü, aparılan müzakirələr yeni əməkdaşlıqlar üçün imkanlar açır: “Bu gün Azərbaycan xarici şirkətlər üçün investisiya yatırılması baxımından kifayət qədər cəlbedici ölkədir. Təsadüfi deyil ki Azərbaycanda bir çox xarici dövlətləri təmsil edən yüzlərlə şirkət fəaliyyət göstərir, bu özəl qurumlar münbit şəraitdən faydalanaraq uzunmüddətli və perspektivli layihələrdə iştirak edirlər. Şübhəsiz ki, möhtərəm Prezidentimizin Forum çərçivəsində BP, “Microsoft”, “Total”, “LUKoil” və s. şirkətlərin rəhbər şəxsləri, Dünya Bankının baş icraçı direktoru ilə görüşü də mövcud əlaqələrin daha da möhkəmlənməsi, yeni imkanların müzakirəsi baxımından önəmlidir.”
Vüqar Rəhimzadənin sözlərinə görə, Forum çərçivəsində keçirilən görüşlər arasında Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü də vurğulamaq lazımdır: “Azərbaycan Prezidenti bütün çıxışlarında, beynəlxalq tribunalarda Dağlıq Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu, Ermənistanın işğal altında olan torpaqları dərhal azad etməsini bəyan edir. Bu cür qəti mövqe və sərt bəyanatlar atılan uğurlu addımlar sayəsində daha da möhkəmlənir. Bizim mövqeyimiz qəti və dəyişməzdir. Hesab edirəm ki, işğalçı Ermənistan rəhbərliyi də artıq bunu görüb və torpaqları azad etməkdən başqa çıxış yolu qalmadığını dərk edib. Bu mənada möhtərəm Prezidentimizin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar müsbət meyillərin olduğunu göstərir və gələcəyə nikbin baxmağa əsas verir”.
“İk sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, möhtərəm Prezidentimizin Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirakı və ölkəmizin sürətli inkişafı ilə bağlı səsləndirdiyi faktlar bir daha Forum iştirakçılarında Azərbaycanla bağlı daha dəqiq, dolğun məlumatların formalaşmasına öz müsbət təsirini göstərir.
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"