İqtisadi gündəm
Bu şəxslərə 1 milyard manatdan çox kredit verilib - Şahin Mustafayev
“Bu il Rusiyaya pomidor ixracında hər hansı problem
olmayacaq".
Publika.az xəbər verir ki, bu sözləri iqtisadiyyat
naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın
icrasının yekunlarına həsr olunmuş konfransında çıxışı zamanı
deyib.
Nazir bildirib ki, pomidorun ixracı ilə bağlı lazım olan görüşlər
təşkil olunub.
“Sonuncu dəfə ötən ilin dekabrında Rusiyada keçirilən iclasda bu
məsələ müzakirə olunub. Hazırda bu sahədə hər hansı problem yoxdur.
İxracın dəstəklənməsilə bağlı qarşıda bir neçə məsələ qoyulub və
təkcə keçən 10 ölkəyə 11 ixrac missiyası həyata keçirilib”.
Nazir bildirib ki, 2014-2018-ci ildə 16 mindən çox sahibkara ümumi
dəyəri 2,6 milyard manat olan layihələrə 1 milyard manatdan çox
güzəştli kredit verilib.
“Bunun 79 faizi aqrar sektora, 20 faizi isə müxtəlif sənaye və
digər sahələrin inkişafına ayrılıb. Bunun da 70 faizi regionların
payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına
sahibkarlara 160,2 milyon manat dövlətin güzəştli krediti verilib.
Cari ildə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon
manatadək kredit veriləcək".
Gülxar
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı