İqtisadi gündəm
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub.
Energetika Nazirliyindən Publika.az-a verilən məlumata görə, bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.
Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.
Energetika naziri Pərviz Şahbazov iclasda çıxışı zamanı bildirib ki, OPEC+ qərararı indiyə kimi bazarın balanlaşdırılmasına öz töhfəsini verib: "Qlobal iqtisadiyyat, neft bazarının inkişafına dair proqnozlar, eləcə də bir sıra geosiyasi faktorlarlar da göstərir ki, 2020-ci il üçün də tənzimləmə tədbirləri zərurudir. Bazarda balansın və dayanıqlı sabitliyin təmin edilməsi əməkdaşlığımızın başlıca hədəfidir. Azərbaycan OPEC+ formatı çərçivəsində indiyə kimi bütün təşəbbüsləri dəstəkləmiş ölkə olaraq bu əməkdaşlıqda iştirakda maraqlıdır. Hesab edirik ki, OPEC+ ölkələri olaraq biz gələn il də həmrəylik və öhdəliklərimizə sadiqliyimizi davam etdirməliyik”.
Nazir həmçinin Azərbaycanın indiyə kimi gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirdiyini qeyd edib.
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR