İqtisadiyyat Nazirliyi ticarət sazişləri ilə bağlı təkliflər hazırlayır
Bizi izləyin

İqtisadi gündəm

İqtisadiyyat Nazirliyi ticarət sazişləri ilə bağlı təkliflər hazırlayır

“İkin təhlillər onu göstərir ki, emal sənayesinin və ümumilikdə sərmayələrin cəlb edilməsinin yeni bazarları barədə danışarkən Azərbaycanda yaradılan siyasi makroiqtisadi sabitlikdən yararlanaraq həm əhalisi, həm də turist axını artan ölkə bazarımıza, həmçinin də digər bazarlara çıxış imkanları yaratmalıyıq. Bu, istər xarici, istərsə də yerli özəl sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. Sizin icazənizlə biz gələcəkdə həmin yeni bazarlara uyğun olan ticarət sazişləri – istər sərbəst ticarət sazişləri, istərsə də xüsusi rejimli ticarət sazişləri ilə bağlı təklifləri hazırlayırıq”.

Publika.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

Onun sözlərinə görə, qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair dövlət başçısının göstərişlərinə əsasən kənd təsərrüfatı və aqro klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulmuş irihəcmli sərmayələr və əldə olunan uğurlu nəticələr ətrafında böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir.

“İnanırıq ki, xidmət turizmi, əyləncə industriyası, nəqliyyat və ticarət logistikası və digər bu kimi klasterlər istiqamətində araşdırmalar həyata keçiriləcək. Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır.

Möhtərəm cənab Prezident, həmçinin onu da qeyd etmək istəyirəm ki, sahibkarlığın kompetensiyalarının gücləndirilməsi, o cümlədən xarici bazarlarda rəqabətədavamlı məhsuldar fəaliyyət göstərməsi üçün zəruri addımlar da planlaşdırırıq. Çünki təcrübə onu göstərir ki, bir çox hallarda keyfiyyətli mal və məhsula malik olduğumuz halda da xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik, bacarıq çatışmır və dövlət tərəfindən bununla bağlı zəruri dəstək mexanizmləri hazırlanıb təklif olunacaq.

Sizin xüsusi tapşırığınız kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır. Bunun yolunu biz qeyd etdiyimiz klasterlərin və dövlət mexanizmlərinin istifadə edilməsi ilə məhz kiçik və orta sahibkarlığın, xüsusi olaraq qadın və gənclər sahibkarlığının dəstəklənməsi alətlərində görürük. Həmçinin dövlətin Azərbaycanda böyük iqtisadiyyatda rolunu nəzərə alaraq dövlət satınalmalarında fəal iştirakın təşviq olunması, bunun üçün satınalmanın şəffaflığının daha da artırılmasını qarşımızda əsas məqsəd və vəzifə kimi görürük.

2020-ci ilin dövlət investisiya proqramı Sizin tərəfinizdən təsdiq olunub. Orada bizim əsas çağırışımız ondan ibarətdir ki, mövcud və başlanılmış layihələrin həcmi ilə əlimizdə olan resursların həcmini düzgün dəyərləndirərək növbəti illər üçün dövlət sərmayələrinin səmərəliliyini artıraq. Amma yenə də başlıca vəzifə kimi nəzərə alsaq, müasir dünya daha müasir məhsulları ortaya çıxarmağı tələb edir. Bu da öz növbəsində texnologiyalar tələb edir. Bu məsələlərin həllini xarici və yerli investorların, özəl investorların, bu texnologiyaya sahib olan investorların ölkəmizə cəlb edilməsində və dövlətin orada daha çox dəstəkləyici rolunun təmin edilməsində görürük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm