Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək

Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır. “OPEC plus” ölkələri üzrə gündəlik neft hasilatının 1,7 mln. barrel azadılması ilə bağlı 2019-cu ilin 6 dekabrında imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır.

Azərbaycan bu müddət ərzində “Əməkdaşlıq Bəyannaməsi” üzrə 27 min barrel həcmində öhdəliyini tam yerinə yetirib. Yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı, təxminən, 754 min barrel olub. Azərbaycan neft istehsalını 2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək.

Bu barədə Publika.az-a Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan qlobal neft bazarının sabitləşdirilməsinin tərəfdarıdır və bu məqsədlə “OPEC plus” ölkələri arasında uzlaşmanın əldə edilməsi üçün mart ayında aparılan məsləhətləşmələr prosesində yaxından iştirak edib. Bundan sonra da Azərbaycan “OPEC plus” formatında əməkdaşlığını neft istehsal edən ölkələr arasında Xartiya çərçivəsində davam etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm