İqtisadi gündəm
DGK-da sahibkarlarla görüş keçirildi
Dövlət Gömrük Komitəsinin (DGK) Baş Gömrük İdarəsində dərman və qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Bu barədə Publika.az-a komitədən bildirilib.
Məlumata görə, görüşdə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və sahibkarlar iştirak edib.
Görüş dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük rəsmiləşdirilməsi prosesində meydana çıxan problemlərin müzakirəsi və operativ şəkildə həll edilməsi məqsədilə keçirilib.
Görüşdə çıxış edən Komitə rəsmiləri pandemiya ilə mübarizə tədbirlərində səmərəli və işgüzar fəaliyyətlərinə görə sahibkarlara xüsusi təşəkkürlərini bildiriblər. Daha sonra dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük dəyərləndirilməsinin metodologiyaları ətraflı şəkildə görüş iştirakçılarına izah olunub, bu istiqamətdə qanunvericiliyin tətbiqi metodları barədə məlumat verilib. Sahibkarlara gömrük rəsmiləşdirilməsi prosesində Tarif Şurasının təqdim etdiyi qiymətləri əsas götürmək, gömrük dəyəri ilə real bazar qiymətləri arasında kəskin fərqlərin yaranmasına yol verməmək tövsiyə olunub.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO