Nida Xəbər
Növbəti köç karvanı Füzuliyə çatdı - YENİLƏNDİ
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Publika.az xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (140 nəfər) köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin ediləcək.
xxx
07:47
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Publika.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin daimi məskunlaşması təmin edilib.
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO