İqtisadi gündəm
Donetskdə azərbaycanlılara məxsus restoranlar partladıldı
Ukraynanın Donetsk vilayətinin Strabeşovskiy şəhərində azərbaycanlılara məxsus “Ağdam” və “Astara” restoranları separatçılar tərəfindən partladılıb. Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədr müavini Nadir Zeynalov açıqlamasında bildirib ki, hər iki hadisə avqustun 6-dan 7-nə keçən gecə olub.
O qeyd edib ki, müvafiq olaraq Qubad Sarıyevə və Tahir Ramazanova məxsus restoranlarda partlayış zamanı tələfat da olub: “Bizdə olan məlumata görə, ölənlər arasında azyaşlı uşaq da var. Lakin hazırda həmin ərazi separatçıların nəzarətində olduğu üçün dəqiqləşdirə bilmirik”.
Azərbaycan Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyindəki nümayəndəsi Şahin Ocaqov bildirib ki, bu barədə məlumat onlara dünən daxil olub və tərəflərindən araşdırma aparılır: “Sadəcə olaraq, həmin ərazi ilə rabitə zəifdir deyə vəziyyəti tam dəqiqləşdirə bilmirik. Vəziyyəti tam araşdırandan sonra tələfatla bağlı dəqiq məlumat olacaq”. /bizimyol.info/
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ