İqtisadi gündəm
Azərbaycanın xarici dövlət borcu nə qədərdir?
Azərbaycanın xarici dövlət borcu azalıb.
Publika.az-a Maliyyə Nazirliyindən verilən məlumata görə, 01 iyul 2021-ci il tarixi vəziyyətinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla birbaşa xarici dövlət borcu 7 milyard 839,0 milyon ABŞ dolları və ya Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon ABŞ dolları və ya ÜDM-in 1,6 faizini təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8 milyard 603,4 milyon ABŞ dolları və ya ÜDM-in 18,2 faizini təşkil edib.
01 iyul 2021-ci il tarixi vəziyyətinə 2021-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 218,1 milyon ABŞ dolları və ya 2,5 faiz endirilməsinə nail olunub.
COVİD-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda müşahidə edilən canlanma meyilləri ÜDM-in artım trayektoriyasına qayıtmasını, habelə xarici dövlət borcunun ötən ilin sonuna artmış ÜDM nisbətinin cari ilin ilk 6 ayında azalmasını şərtləndirib. Belə ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti 01 yanvar 2021-ci il ilə müqayisədə 20,7 faizdən 2,5 faiz bəndi azalaraq 18,2 faizə çatıb.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır











.jpg)


























