İqtisadi gündəm
Qarabağda ödəniş infrastrukturunun qurulması üçün YENİ TƏKLİF
"İşğaldan azad edilmiş ərazilərdə ödəniş ekosistemin qurulması, ödəniş terminalların tətbiqi üçün vergi və gömrük rüsumlarında müvafiq güzəştlər edilməlidir".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.
O bildirib ki, ödəniş ekosisteminin inkişafı üçün bir sıra layihələr həyata keçirilə bilər: "Buna Rəqəmsal bank konsepsiyasının həyata keçirilməsini göstərmək olar".
T.Rüstəmov hesab edir ki, ödəniş ekosisteminin inkişafına səbəb olan amillərdən biri də mövcud problemlər və onların həlli yollarıdır.
"Ekosistemimizin özünə məxsus problemləri var: Buna, ekosistemdə hələ də bank hesablarının məsafədən açılmasında problemlərin yaşanmasını göstərmək olar. Ancaq, sevindirici haldır ki, problemlərin həlli istiqamətində Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və banklar birgə çalışır.
Bundan başqa, korporotiv kartlar bazarında müəyyən problemlər var. Təhlillər göstərir ki, bir sıra hallarda korporotiv kartlarla "card-to-card" əməliyyatlarının aparılması məhdudlaşdırılır", - o qeyd edib.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq