Azərbaycanda ən çox iqtisadi artım və geriləmə olan RAYONLAR - Siyahı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda ən çox iqtisadi artım və geriləmə olan RAYONLAR - Siyahı

Azərbaycanda iqtisadi artım və geriləmə olan rayonlar açıqlanıb.

Publika.az Fed.az-a istinadla xəbər verir ki, 2022-ci ilin ilk 9 ayında Azərbaycanın 73 rayon və şəhərinin 54-də iqtisadi artım, 19-da iqtisadi geriləmə baş verib. Bir şəhər – Xankəndi ilə bağlı məlumatlar açıqlanmayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ökədə ən sürətli iqtisadi artım işğaldan azad edilmiş rayonlarda müşahidə edilib, bu da həmin rayonlar üzrə aparılan irimiqyaslı tikinti bərpa işləri ilə bağlıdır.

Buraya Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Laçın, Kəlbəcər rayonları aiddir. Füzulidə ötən il də böyük tikinti işləri aparıdığına görə, bu il rayonda iqtisadi artım cəmi 1,4% təşkil edib. Şuşada 67% artım, Xocalı rayonu üzrə isə 2 qat iqtisadi geriləmə baş verib.

Digər rayonlarda ən sürətli iqitsadi artım Xızı (90%), Gəncə (59%), Zaqatala (46%) və Siyəzəndə (36%) baş verib.

Ən çox iqtisadi geriləmə isə Neftçala (15,5%), Şəki (12,1%), Şabran (11,4%) və Mngəçevirdə (10,0%) baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm