Təsadüfi qəza, yoxsa sui-qəsd: TƏFƏRRÜAT
Bizi izləyin

İqtisadi gündəm

Təsadüfi qəza, yoxsa sui-qəsd: TƏFƏRRÜAT

Moskva vaxtı ilə gecə saat 23:57. Vnukovo hava limanında qartəmizləyən maşına zolağı tərk etməsi haqqında əmr verilir. Zolaq boşaldılır və qartəmizləyən maşın uçuş xəttindən kənara çıxır. Yalnız bundan sonra qüllədən "Total" neft şirkətinin prezidentinin biznes-jetinin uçmasına icazə verilir.

Təyyarə boş zolağa daxil olur və havaya qalxmaq üçün lazım olan sürəti yığdığı anda heç bir əmr almadan, qartmizləyən maşın hava gəmisinin yoluna çıxır. Uçuşu dayandırmaq artıq gec idi. Falkonun əyləcini sıxmağın heç bir işə yaramayacağını düşünən pilot havaya qalxmağa qərar verir. Amma faydası olmur. İki zolağın kəsişməsində təyyarənin ön şassisi qartəmizləyən maşına çırpılır. Və Kristof de Marjeri də daxil təyyarədəki 4 nəfər həlak olur.

Publika.az-ın məlumatına görə, qəzanın təfərrütlarını rusiya mətbuatına hava limanındakı mənbə danışıb.

Uçuş zolağında sərxoş sürücü

Mənbə qartəmizləyən maşının sürücüünün sərxoş olması barədə KİV-də yer alan məlumatları təsdiq edib. Amma bunun istintaq tərəfindən diqqətlə araşdırılmalı olan bir nüanc olduğunu deyib.

Təcrübəçi nəzarətçi

Mənbə həmin ərəfədə qüllədəki nəzarətçinin təcrübəçi olması barədə məlumatlara da aydınlıq gətirib. O, deyib ki, təcrübəçinun müvafiq iczəsi olmadan qüllədə nəyi isə idarə edə bilməz. Həmin ərəfədə isə belə bir icazəyə ehtiyac olmayıb. Çünki, qüllədəki heyət tam tərkibdə iş başında olub.

Əlverişsiz hava şəraiti

Mənbə həmin ərəfədə Vnukovada hava şəraitinin əlverişsiz olduğunu təsdiq edib. "Uçuş zolağının görünüşü yaxşı deyildi. Zolaqda hərəkət radarlar tərəfinən idarə olunurdu. Amma sürücünün zolağa çıxması radarlarda problem yardıb", - mənbə vurğulayıb.

Onun sözlərinə görə, sürücü sağdı və saxlanılıb. Həm onun, həm də qüllə nəzarətçisinin ifadələri alınıb.

1 nömrəli limanın mənfi imici

Mənbə deyib ki, Vnukova hava limanınında tez-yez "ÇP" baş verir. Bu limandan ölkənin birinci şəxsləri istifdə etsə də, Vnukovo Moskva aviasiaysının ən mənfi imicli hava limanı kimi ad çıxarıb. "Burada özbaşınalıq baş alıb gedir", mənbə əlavə edib.

Təsadüfi qəza, yoxsa sui-qəsd

Bunun bir sui-qəsd olmasına gəlincə, mənbə bu ehtimalı inkar edib. O deyib ki, hava limanları ciddi nəzartədə olan obyektlərdi. Orada çalışanların hamısı, hətta sürücü belə təhlükəsizlik xidmətinin əməkdaşlaı hesab olunur. Ona görə də belə yerdə hər hansı bir terror hadisəsinin həyata keçirilməsi müşkül məsələdi.

Bəs niyə Kristof?

Lakin Kristof de Marjerinin dünyanın enerji nəhənglərindən olan bir şirkətin prezidenti olması, hadisənin Qərbin Rusiyaya qarşı sanksiyalarının kəskinləşdiyi bir dövrə təsadüf etməsi, həm də məhz Rusiyada baş verməsi müəyyən şübhələrə yol açır.

Xüsusilə də Kristofun Moskvada xarici investisiyalar üzrə keçirilən toplantıdakı çıxışı:

"Rusiyada Qərbin partnyorudur. Biz hesab etmirik ki, Rusiya qlobal iqtisadi və siyasi proseslərdən təcrid olunmalıdır. Mən tamamilə əminəm ki, açıq siyasət bizə keçmişdəki maneələrin öhdəsindən birgə gəlməyə imkan verəcək. Siyasi məsələlər yalnız siyasi həll tələb edir" .

“Total” prezidentinin bu çıxışı Fransada da birmənalı qarşılanmayıb. Fransa-Rusiya tıcarət palatasının prezidenti Emanuel Kide Fransa parlamentində "Rusiya 2014" məruzəsinin açıqlandığı zaman, - "Kristof de Marjeri ağır siyasi vəziyyətə baxmayaraq dostluq haqqında danışır və fransızları ruslarla bağlayırdı”, - deyib.

Zülfüqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm