Selena Qomezin sevgilisi: "Bunu ən son bilən mən oldum"
Bizi izləyin

Magazin2

Selena Qomezin sevgilisi: "Bunu ən son bilən mən oldum"

Selena Qomezin sevgilisi Benni Blankonun sözlərinə görə, sevgili olduqlarını ən son öyrənən adam olub.

Publika.az xəbər verir ki, o, bu barədə "WSJ"yə müsahibəsində bildirib.

"Bunu ən son bilən mən oldum. Partnyorunuzun hər zaman gözünüzün qabağında oturması və sizin bunu hiss etməməyiniz dəlilikdir. Və sonra elə bir məqam gəlir ki, “Gözləyin, mən hərəkət edirəm” deyirsiniz. Bu sevgidir", - musiqi prodüseri vurğulayıb.

Selena sevgilisinin ünvanına deyilən davamlı tənqidlərə baxmayaraq, bunu başına gələn ən yaxşı hadisə adlandırır. Qomezin pərəstişkarları isə hesab edir ki, o, Benni Blankonun təsiri altında sağlamlığına pis təsir edən vəhşi əyləncələrə qayıdıb.

Selena Qomez və Benni Blanko bir-birlərini çoxdan tanıyırlar, lakin onların münasibətləri ötən ilin yayında başlayıb. Son zamanlar mənbələr iş səbəbiylə tez-tez bir-birlərindən uzaq olmalarına baxmayaraq, onların münasibətlərinin çox ciddiləşdiyini iddia edirlər.

"Benni ona özünü xüsusi hiss etdirir və onlar bir-birlərini mümkün qədər tez-tez görməyə çalışırlar. Qomez hiss edir ki, bu, indiyə qədər yaşadığı ən yaxşı münasibətdir və görüşməyə başlayandan bəri parlayır", - Selenaya yaxın mənbə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm