İqtisadi gündəm
01 Məhərrəm 1436-cı il
Bu gün hicri-qəməri təqvimlə 1435-ci il başa çatdı və Məhərrəm ayının gəlişi ilə 1436-cı il başladı.
Publika.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında bildirilir.
Fətva da deyilir ki, İslam aləmində Məhərrəm ayı müqəddəs aylardan
hesab olunur. Bu ay həzrət peyğəmbərin buyurduğu kimi,
müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq,
Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt
tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil
olub. Müsəlman ümmətinin tarixinə kədərli, eyni zamanda, insanlara
qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin
nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və
mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı
uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin
təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda
səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad
edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın
təcəssümüdür.
Məhərrəm ayının 10-u – Aşura günü 2014-cü il noyabr ayının 4-nə
təsadüf edir: Bu münasibətlə bütün dindarlara dərin hüznlə
başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və
İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq
şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri
məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış
xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla
keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının
icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla
şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid
olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən
məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq
zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa
səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir: Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməlidirlər:
Dindarlarımız ölkəmizin gün-gündən bölgədə və dünya miqyasında
artan nüfuzunu, din-dövlət münasibətlərinin yüksək səviyyəsini Uca
Allahın Lütfü kimi dəyərləndirirlər. Onlar bünövrəsi ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçımız İlham Əliyev
tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə,
multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması
üçün dualarını əsirgəmirlər. Din xadimlərimiz moizələrində
dindarları Allaha xoş gedən bu səyləri daha artıq dəyərləndirməyə,
Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa
çağırmalıdırlar.
-
İdman21:45
Azərbaycan - Slovakiya oyununda dördüncü qol - CANLI/YENİLƏNDİ
-
Dünya21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT