İqtisadi gündəm
Kredit defoltları artacaq: “Fitch Ratings”in PROQNOZU
“Fitch Ratings” 2024-cü ildə Avropa və ABŞ-da istiqraz və kredit defoltlarının artacağını proqnozlaşdırıb. ABŞ və Avropa bazarlarında yüksək kredit və istiqraz ilin birinci rübündə gözlənilən ilkin bazar canlanmasında iştirak etməkdə çətinlik çəkəcəkləri bildirilib.
Publika.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ilkin bazarın bərpasına baxmayaraq, istiqraz və kredit defoltlarının 2024-cü ildə Avropada 4 faizə, ABŞ-da isə 3,5-4,5 faizə yüksələcəyini gözləyir.
Açıqlamada vurğulanıb ki, ABŞ-da əmək haqqı inflyasiyası və əməliyyat səmərəliliyinin aşağı düşməsi kimi daxilolma xərclərinin artması digər amillərlə yanaşı, sərbəst pul axınına təzyiq və likvidliyi məhdudlaşdırır.
Keçən ilin ikinci yarısındakı maliyyə nəticələrinə diqqət çəkən açıqlamada, bu nəticələrin 2023-cü ilin birinci yarısı ilə müqayisədə istiqraz və kredit bazarlarının əsas kredit performansında daha geniş bir dağılma göstərdiyi qeyd edilib.
ABŞ-da 12 aylıq levered kredit defolt dərəcəsinin 2023-cü ili 3,28 faizlə tamamladığı, yüksək gəlirli defolt dərəcəsinin isə 2,97 olduğu bildirilib.
Açıqlamada, bu il Avropada istiqraz və kredit defoltlarının 4 faizə yüksəlməsi gözlənilir. ABŞ-da isə levered kreditlər və yüksək gəlirli istiqrazlar üzrə defolt dərəcələrinin yüzdə 3,5 ilə yüzdə 4,5 arasında olacağı bildirilib.
Aysel Şahmar
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO