İqtisadi gündəm
İtaliya portalı: Ermənistan Azərbaycandan çox geridə qalır
İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycana səfəri kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhlil olunduğu məqalə yerləşdirilib.
Publika.az-ın AzərTaca istinadən verdiyi məlumata görə, nəqalədə bildirilir ki, səfər çərçivəsində keçirilən görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Münaqişə ilə bağlı fikirlərini bölüşən müəllif qeyd edir ki, bu problem regionun təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərir. Azərbaycanı və Ermənistanı iqtisadi inkişaf göstəricilərinə görə müqayisə edən müəllif bildirir:
“Azərbaycanda sürətli inkişaf prosesi müşahidə olunmaqdadır. Ermənistanda isə bu göstəricilər Azərbaycandan dəfələrlə aşağıdır”.
Yazıda qeyd edilir ki, Avropanın Cənubi Qafqaz regionunda sabitliyin bərpa olunmasına daha çox maraq göstərməsinin əsas səbəblərindən biri də Azərbaycan qazını bu qitəyə daşıyacaq TAP layihəsi ilə bağlıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qitəni Azərbaycanın enerji ehtiyatları ilə təmin edəcək layihələrin çox böyük önəmi var.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi