İqtisadi gündəm
İŞİD təhlükəsi, NATO faktoru və güc balansının qorunması – müdafiə nazirinin Moskva səfəri
Bu gün Moskvada MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclası işinə başlayıb.
Publika.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şuranın iclasını giriş sözü ilə açaraq iclasda təhlükəsizliyin möhkəmləndirilməsi və qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üzrə ölkələrin birgə fəaliyyətindən danışıb.
İclasda bir sıra məsələlər müzakirə olunub. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun da iştirak etdiyi iclasda Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müdafiə nazirləri səviyyəsində təmsil olunur. Moldova, Ukrayna və Türkmənistan iclasa qatılmayıb.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, səfər
çərçivəsində general-polkovnik Zakir Həsənov bir sıra ölkələrin
müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional
məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları
imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf
istiqaməti barədə fikir mübadiləsi aparıb.
Bu görüş MDB ölkələrinin növbəti toplantısı olsa da, son geosiyasi
vəziyyət baxımından diqqət çəkir. Xüsusilə Qərbdə iclası diqqətlə
izləyirlər. Söhbət Ukraynadan sonra Rusiyanın ata biləcəyi
addımlarla bağlıdır. Təbii ki, müdafiə nazirimizin iştirak etdiyi
görüş bizim üçün də önəmlidir. Lakin Azərbaycan bu görüşə qatılması
hansısa cəbhədə yer aldığını nümayiş etdirmir. Rəsmi Bakı Qərb və
Rusiya ilə eyni məsafədə müxtəlif sahələr üzrə, o cümlədən hərbi
sahədə əməkdaşlığını bərabər şəkildə davam etdirir.
Rusiya Federasiya Şurasının üzvü İqor Morozov isə azərbaycanlı
nazirin də iştirak etdiyi iclası regional təhlükəsizlik baxımından
yüksək qiymətləndirib. Onun sözlərinə görə, İŞİD təhlükəsi görüşün
əsas qayəsini təşkil edir: “Özlərinə “İslam dövləti” deyən
qruplaşma Yaxın Şərqdə uğurla irəliləyir. Bu istər-istəməz bizi
sərhədlərimizdə belə təhlükə yaranacağı təqdirdə hansı addımı
atacağımızı düşünməyə vadar edir. Xüsusilə, Əfqanıstanda vəziyyətin
çətinləşdiyi vaxt təhlükəsizlik məsələlərinin birgə müzakirəsi
vacibdir”.
İ. Morozov NATO təhlükəsinin olduğunu da iddia edib. Onun fikrincə,
Şimal Alyansı son 20 ildə beynəlxalq hüquq normalarını pozaraq
post-sovet məkanı üçün təhlükə yaradır: “NATO Rusiya sərhədlərinə
doğru hərəkət edir. Xüsusilə Ukraynadakı münaqişəli vəziyyətdən
istifadə edərək çox yaxınlaşdı. Bu kontekstdə MDB ölkələrinin
silahlı qüvvələrinin müdafiə qabiliyyətinin aktuallığının
vacibliyini hesab edirəm. Bunu da yalnız birlikdə müzakirə edib
həll etmək mümkündür. Fikrimcə, MDB ölkələri təhlükəsizliklə bağlı
bütün məsələləri birgə həll edə bilər”.
Şuranın digər üzvü Valeri Şnyakin Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının varlığını diqqət çəkərək MDB ölkələri üçün
bunu məqbul hərbi birlik adlandırıb.
“İŞİD təhlükəsi və bu gün Əfqanıstanda Talibanın aktivləşməsi
beynəlxalq terrorizmi gücləndirir. Əgər Əfqanıstan terrorizmlə
mübarizədə MBD-yə müraciət edərsə, biz buna yardım etməliyik”, -
deyə o bildirib.
V. Şnyakin MDB ölkələrinin siyasi və hərbi sahədə birgə iştirakının
təhlükəsizlik baxımından vacib olduğunu deyib.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a
açıqlamasında müdafiə naziri Zakir Həsənovun iclasda iştirakını
protokol qaydası hesab edib: “Azərbaycan aktiv olmasa da MDB-nin
üzvüdür və onun iclaslarında müxtəlif formalarda təmsil olunur.
Rusiya MDB vasitəsilə post-sovet məkanı bir arada saxlamağa çalışsa
da, bu mümkün deyil. Çünki bu qurum sadəcə kağız üzərindədir.
Müdafiə nazirinin orda iştirakı da adi etik qaydalara görədir.
Sadəcə olaraq indiki məqamda Rusiyaya meydan oxuyub MDB-dən
çıxmağımız xeyrimizə olmaz. Amma bu səfərdə ciddi dəyişiklik
gözləmirəm. Düzdür, ümumi təhlükələrə, xüsusilə beynəlxalq
terrorizmə qarşı birgə mübarizə aparmaq olar. Azərbaycan bu işi
təkcə Rusiya ilə deyil, ABŞ-la da, Avropa ilə də aparır”.
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə
MDB-nin mütəmadi iclasının keçirilməsini müəyyən müzakirələrin
aparılması ilə əlaqələndirir: “Bu iclaslar daha çox müəyyən
iqtisadi məsələlər, müxtəlif layihələr, miqrasiya problemləri,
sosial, humanitar məsələlər və digərlərinin müzakirə edilməsi
müstəvisidir. Azərbaycan daim belə iclaslarda müxtəlif səviyyələrlə
iştirak edir. Bu dəfə məsələ müdafiə sahəsini əhatə edir. Xüsusilə
beynəlxalq terrorizm məsələsi gündəmdədir. Azərbaycan da buna qarşı
olan bir dövlət kimi iclasda iştirak edir”.
Politoloq Qabil Hüseynli isə müdafiə nazirinin iclasda iştirakını
Azərbaycanın silah idxalı baxımından önəmli hesab edir. Onun
sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olan bir dövlət
kimi öz ordusunu gücləndirir: “Bu onun haqqıdır. Nəzərə alsaq ki,
Rusiya işğalçı Ermənistana hərbi baxımından da yardım edir, bizim
Moskva ilə bu sahədə əməkdaşlığımız vacibdir. Təbii ki, biz
pulumuzu verib silah alırıq. Amma regionda güc balansının
işğalçının xeyrinə dəyişməməsi üçün buna məcburuq”.
Asif Nərimanlı
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA