İqtisadi gündəm
Mərkəzi Bankın yeni baş direktoru kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Vüsal Cahangir oğlu Xəlilov 2024-cü ilin may ayından etibarən Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Publika.az onun dosyesini təqdim edir:
1987-cı ildə Şəki şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2008-ci ildə Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirmişdir. 2015-ci ildə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramına daxil olmuşdur. 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirmişdir. 2020-ci ildə Kopenhagen Biznes Məktəbinin “Maliyyə Sektorunda Rəqəmsal Transformasiya”, 2021-ci ildə isə Harvard Business School-un “Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqdisadiyyat” istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə etmişdir. O, həmçinin 2014-cü ildə Oracle şirkətinin təşkilatın arxitekturası üzrə “OCM” sertifikatına da yiyələnmişdir. 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində “Tətbiqi Psixologiya” ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.
Əmək fəaliyyətinə 2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis vəzifəsilə başlamışdır. 2010-2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışmışdır. 2011-2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri vəzifələrində çalışmışdır.
2018-2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın Texnologiya blokunun baş direktoru vəzifəsində işləmişdir.
2024-cü ilin may ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Evlidir, üç övladı var.
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO