İqtisadi gündəm
Sabah qar yağacaq
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava
şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı
gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata
görə, şimal küləyi 15-20 m/s, gecə və səhər arabir 25-30 m/s-dək
güclənəcək. Temperaturun gecə və gündüz 4-7° isti, Bakıda gecə və
gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə
sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 %
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin arabir yağıntılı
olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s-dək
güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3° isti,
gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava
şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s,
gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil
edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq
ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 10-15
m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s,
gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10°
şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin arabir
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb
küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək
güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 5-9° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava
şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar,
qar yağacağı gözlənilir. Şimal küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə
arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 4-6° isti, gündüz
6-8° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti təşkil
edəcək.
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…