Heydər Əliyevin xatirəsinə həsr olunmuş açıq çempionat keçirilib
Bizi izləyin

İqtisadi gündəm

Heydər Əliyevin xatirəsinə həsr olunmuş açıq çempionat keçirilib

Publika.Az-ın məlumatına görə, turnirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılıb. Daha sonra turnirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov, Qazax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahin Namazov və Gürcüstan Respublikası komandasının nümayəndəsi Laşa Şhelya çıxış edərək yarış iştiralçılarını salamlamış və onlara tatami üzərində uğurlar arzulayıblar.


Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyası mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyevin verdiyi məlumata görə, turnirdə Türkiyə, İran, Gürcüstan və Azərbaycan idmançıları iştirak edib. 4 ölkədən ümumilikdə 140 idmançı öz qüvvələrini tatami üzərində sınayıblar. Turnirə Bakı, Qazax, Yevlax, Şəmkir, İmişli, Ağstafa, Ucar, Kəlbəçər, Sumqayıt, Tovuz və Bərdədən 8-18 yaş və kişilər arasından olan komanda üzvləri qatılıblar.

Böyüklər arasında 60 kq çəki dərəcəsində Elvin Həsənov 1-ci yerə, Sarif Əliyev 2-ci yerə, Avropa ikincisi, 2-ci Dan qara kəmər ustası olan Ceyhun Hacıyevin tələbələrindən Vüsal Rəhimov 60 kq çəki dərəcəsində 1-ci yerə, Kamil Salahov 35 kq çəki dərəçəsində 1-ci yerə, dünya çempionu Namiq İmranovun tələbələrindən Elgiz İsgəndərli 25 kq çəki dərəcəsində və Rəvan Əkbərov 20 kq çəki dərəcəsində 1-ci yerə, Ucar rayonundan qatılan idmançılardan Fərid Hüseynli 40 kq çəki dərəcəsində, Əli Mütəllimov 26 kq çəki dərəcəsində, Səid Qasımov 23 kq çəki dərəcəsində, Nurlan Hüseynov 35 kq çəki dərəcəsində 1-ci yerə, Yevlax rayonunun məşqçisi olan Sadiq Orucovun yetirmələrindən Çavanşir Cavanşirli 23 kq çəki dərəçəsində 1-ci yerə layiq görülüblər.

Gülnar
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm